Menu
Geri İrəli

Dubaydan Qəbələyə birbaşa aviareys açılır

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Fevral 2017 • Baxış sayı: 202 dəfə • Şərh yoxdur
Share Button

“FlyDubai” Dubay-Qəbələ birbaşa aviareysi üzrə mövsümi uçuşlar yerinə yetirməyə hazırlaşır.

APA-ya istinadən xəbər verir ki, aviareyslər cari ilin iyunun 22-dən sentyabrın 17-dək yerinə yetiriləcək.

Şirkət Dubaydan Qəbələyə birbaşa uçuşlar həyata keçirəcək ilk şirkət olacaq. Aviareyslər həftədə 2 dəfə (cümə axşamı və şənbə) yerinə yetiriləcək.

“Biz viza rejimini sadələşdirdiyi üçün Azərbaycan hökumətinə minnətdarlığımızı bildiririk. Bunun hesabına ölkələrimiz arasında səyahət daha əlçatan olacaq”, – deyə aviaşirkətin baş icraçı direktoru Qeyt əl-Qeyt bildirib.

Şirkətin BƏƏ, Yaxın Şərq, MDB və Avropada kommersiya əməliyyatları üzrə böyük vitse-prezidenti Ceyhun Əfəndi isə bildirib ki, Dubay-Qəbələ aviareysinə tələbatın yüksək olması gözlənilir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın