Menu
Geri İrəli

Dünən arvadı öldü, bu gün ərin ürəyi partladı – Xaçmazda faciə

Müəllif: sumqayitxeber.com • Tarix: 10 İyul 2017 • Baxış sayı: 1,271 dəfə • Şərh yoxdur

xestexanaXaçmaz rayonunda bədbəxt hadisə nəticəsində ölən qadının ərinin ürəyi dayanıb.

“Report”un Şimal bürosunun məlumatına görə, ötən gün rayonun Müzəffəroba kəndinin sakini, 50 yaşlı Fatimə Novruzova həyətindəki gilas ağacından meyvə yığarkən yıxılıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

Bu gün isə qadının əri, 61 yaşlı Mahmud Lətif oğlıu Novruzovun ürəyi dayanıb. M.Novruzov xəstəxanaya aparılarkən yolda ölüb.

Qeyd edək ki, M.Novruzov Su Nəqliyyatında Polis İdarəsinin keçmiş əməkdaşı olub.

Faktla bağlı araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın