Menu
Geri İrəli

Dünən bu rayonlara qar yağıb

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Oktyabr 2017 • Baxış sayı: 250 dəfə • Şərh yoxdur
Share Button

qar2Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti faktiki hava ilə bağlı məlumat yayıb.

“Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, dünəndən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə (Xınalıq, Qırız, Şahdağ) qar yağıb.  Şimal-qərb küləyi əsib, bəzi rayonlarda arabir güclənib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-39, Lənkəran-Astara zonasında 9-110, Böyük Qafqazda 9-70, Mərkəzi-Aran rayonlarında 8-56, Kiçik Qafqazda 22-35, Qazax-Gəncə zonasında 8-25, Naxçıvan MR-da 2-10 mm olub.

Qar örtüyünün hündürülüyü Xınalıqda 17, Qırızda 7, Ləzədə 3 sm təşkil edib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın