Menu
Geri İrəli

Dünya çempionunu öldürən azərbaycanlı təslim oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Sentyabr 2017 • Baxış sayı: 394 dəfə • Şərh yoxdur
Share Button

4Rusiyada pauerliftinq üzrə dünya çempionu Andrey Draçovun ölümündə təqsirli bilinən azərbaycanlı Anar Allahverənov polisə könüllü təslim olub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “Vostok-Media” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər yayıb.

Təqsirləndirilən şəxsə qarşı daha əvvəl məhkəmə tərəfindən qiyabi həbs-qətimkan tədbiri seçilib. Hazırda onun istintaq orqanlarına ifadə verdiyi bildirilir.

Xatırladaq ki, avqustun 20-də qarışıq döyüş növləri ilə (MMA) məşğul olan Anar Allahverənov və pauerlifting üzrə dünya çempionu Andrey Draçov arasında Xabarovsk şəhərinin “Qalereya” kafesində baş verən mübahisə dava ilə nəticələnib. Ağır kəllə-beyin travması alan A. Draçov xəstəxanada keçinib, A. Allahverənov isə hadisə yerindən qaçıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın