Menu
Geri İrəli

Dünyanın ən qəribə ölkəsi- Orada cəmi 27 nəfər yaşayır -FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Fevral 2017 • Baxış sayı: 381 dəfə • Şərh yoxdur
Bu “ölkə” neft platformasının üzərində qurulub. Cəmi 27 sakini var.
Silənd adlı  ölkə britaniyalı leytenant Roy Beyts tərəfindən neft platformasının üzərində qurulub.
İngiltərə ordusunun keçmiş leytenantı Roy Beyts 1967-ci ildə Böyük Britaniyanın yaxınlığındakı neft platformalarından birini zəbt edərək, orada “Siland” adı verdiyi ölkəsini qurub. Britaniya Kral Donanması leytenantı adadan uzaqlaşdırmağa səy göstərsə də platformadan açılan xəbərdarlıq atəşinə məruz qalan donanmanın əsgərlərinin cəhdi uğursuzluqla nəticələnib. Sonrada həbs edilən leytenantın məhkəmə işində hakimlər hadisənin İngiltərə sərhədlərindən kənarda baş verdiyini bildirərək, Roy Beytsi sərbəst buraxılması barədə hökm çıxarırlar.
 izi
1974-cü ildə Britaniyanın Konstitusiya məhkəməsinə müraciət edən leytenant dövlətin simvolu olan bayraq, milli marş və Siland dollarının qəbul edilməsinə nail olur. Özünü Siland knyazı adlandıran keçmiş hərbçinin ölkəsi heç bir dövlət tərəfindən tanınmayıb.
Qeyd edək ki, hazırda Silənd dünyanın ən qeyri-adi dövlətidir. Buranın ərazisi bircə neft platformasından ibarətdir. Cəmi 27  vətəndaşı var. bizimyol.info
Facebook Şərhləndirmə:

Şərhinizi yazın