Menu
Geri İrəli

Dünyasını dəyişən qadın pilot Sumqayıtda dəfn edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Avqust 2016 • Baxış sayı: 9,913 dəfə • 1 şərh

qadin-pilot-femida-1“Vaxtsız ölüm məktəbimizin məzunu Dilarə balamızı apardı. Valideynləri məktəbimizin texniki işçiləri olan Aydın və Səmayə idi. Dilarə onların yeganə qızları idi. Atası Dilarə ilə fəxr edirdi. Hər dəfə başımızın üstündən təyyarə ucanda göyə boylanırdı və qururla deyirdi: “bu mənim Dilarəmdir”. Dilarə ilə butun məktəbimiz qürur duyurdu. Hec bir il deyildi ailə qurmuşdu. Həkimlərin səhlənkarlıgı nəticəsində gənc bir ailə bədbəxt oldu, Dilarə rahat yat, sən hələ üzünü görmədiyin körpənlə birlikdə dəfn olundun, ana olmaq hissini torpagın altında yaşayarsan. Səni adına layiq dəfn etdilər. Səni şəhidlərimiz ucalıgında dəfn etdilər. Dilarəni Qubada yox,Sumqayıtda dəfn ediblər.Allah səni rəhmət eləsin Dilarə. Yerun cənnət olsun.” sumqayitxeber.com xəbər verir ki, bu sözləri sosial şəbəkələrdə onu tanıyan şəxslərdən biri yazıb. Dünyasını dəyişən qadın pilotçumuz Təfəkkür liseyində təhsil alıb, valideynləri 45-ci məhəllədə yaşayırmış.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumatda bildirilib ki, D.Babayeva avqustun 29-da saat 17:06-da təcili yardımla xəstəxanaya yerləşdirilib.

İlkin müayinə zamanı onun hamiləliyinin 36-cı həftəsində olduğu məlum olub və qida zəhərlənməsi diaqnozu qoyulub. Kliniki Tibbi Mərkəzdə edilən bütün yardımlara baxmayaraq, onda kəskin zəhərlənmə olub və dölün öldüyü müəyyən edilib. Əməliyyat zamanı ölü döl götürülüb.

Daha sonra anada kəskin böyrək və qaraciyər çatışmazlığı müşahidə edilib. Nəticədə ana dünyasını dəyişib.

Məlumatda bildirilib ki, bu 31 yaşlı qadının ilk hamiləliyi və ilk doğuşu olub.

***

Səhiyyə Nazirliyi Bakıda hamilə qadının vəfat etməsinə münasibət bildirib.

Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova APA-ya bildirib ki, ilkin versiyaya əsasən 1986-cı il təvəllüdlü Babayeva Dilarə Aydın qızı qida zəhərlənməsindən vəfat edib. O qeyd edib ki, hadisə avqustun 30-da baş verib: “Yaxınlarının bildirdiyinə görə, ölüm qida zəhərlənməsindən, qarpızdan baş verib”.

S. Məmmədova deyib ki, meyit artıq təşrih olunub: “24 saat ərzində materiallar Doğuşayardım Komissiyasına təqdim olunmalıdır. Materiallar komissiyaya təqdim olunduqdan sonra qısa müddət ərzində işə baxılıb, müvafiq rəy veriləcək”.

 

Facebook Şərhləndirmə:

“Dünyasını dəyişən qadın pilot Sumqayıtda dəfn edilib” yazısına bir cavab

  1. yasar deyir:

    MEHELLE QIZIMIZ ALLAH REHMET ELESIN

Şərhinizi yazın