Menu
Geri İrəli

DYP: Yol qəzalarının əsas səbəbi – ötmə və yüksək sürət

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Oktyabr 2016 • Baxış sayı: 290 dəfə • Şərh yoxdur

dypAzərbaycanda bu ilin 9 ayı ərzində qeydə alınmış yol-nəqliyyat hadisələrinin çoxu piyadaların vurulması ilə baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ötən 9 ay ərzində respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 38,6%-i (579 hadisə, 222 ölüm, 630 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 23%-i (346 hadisə, 160 ölüm, 310 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,3%-i (164 hadisə, 39 ölüm, 202 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,8%-i (28 hadisə, 14 ölüm, 27 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

Yol-nəqliyyat hadisələrinin 41%-ni (615) piyadaların vurulması təşkil etmiş, nəticədə 228 piyada həlak olmuş, 495-i yaralanmışdır. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 41 nəfər uşaq və yeniyetmə həlak olub, 137 nəfər yaralanıb.

2016-ci ilin 9 ayı ərzində respublika ərazisində 1499 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 571 nəfər həlak olub, 1555 nəfər yaralanıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın