Menu
Geri İrəli

Ehtiyatda olan generallar cəbhəyanı rayonlara başçı təyin edilə bilər

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Dekabr 2016 • Baxış sayı: 468 dəfə • Şərh yoxdur
Share Button

siyavusYAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında ehtiyatda olan generalların cəbhə bölgələrdəki rayonların İcra Hakimiyyətlərinin başçısı təyin etmək təklifini irəli sürüb.

APA-nın məlumatına görə, “Hərbi vəziyyət haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən S. Novruzovun belə təcrübənin yaşandığını bildirib: “Vaxtı ilə Heydər Əliyev ehtiyatda olan generalları icra başçısı təyin edirdi. Məhz cəbhə bölgəsinə və yaxud müharibə gedən rayonlarda belə təyinatlar olurdu. İndi də bizim ehtiyatda olan, dövlətinə sadiq xeyli generalımız var. Bu praktikanı yenidən tətbiq etməliyik”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın