Menu
Geri İrəli

`Elekton mediaya pul ayrılmalıdır` – Parlamentdə təklif

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Sentyabr 2016 • Baxış sayı: 307 dəfə • Şərh yoxdur

eflatun-amasovv“Elektron mediyaya dəstək göstərmək məqəsdi ilə maliyyə vəsaiti ayrılmalıdır”.

AzVision.az xəbər verir ki, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Milli Məclisin bu gün keçirilən iclasında bu təkliflə çıxış edib.

MŞ sədri çıxışında yazılı mətbuata dövlət tərəfindən dəstək verildiyini diqqətə çatdırıb: “Bu gün cəmiyyətimizdə internet mediası inkişaf edir və elektorn KİV-lərin əhmiyyəti artır. İnternet medianın cəmiyyətdə rolunun artmasına baxmayaraq, bu media resursu maliyyə çətinlikləri ilə üzləşir. Bu baxımdan internet medianın statusu müəyyən edilərək, onlara maliyyə dəstəyinin göstərilməsinə diqqət yetirmək lazımdır. Hökumət bu məsələni nəzərə alıb, internet mediaya dövlət dəstəyini göstərməlidir”.

Millət vəkili medianın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə reklam probleminin həllinə diqqəti cəlb edib. Ə.Amaşov bildirib ki, bu gün ölkə mediasında reklam verilməsinin az olması mətbuatın durumunu bir az da çətinləşdirir: “Medianın durumu reklamdan asılıdır. Media özünü reklamla yaşatmalıdır. Ancaq bu sahədə problemlər var və bu problem həllini tapmalıdır. Reklam məsləsində balans qorunmalıdır. Ona görə ki, mediaya hökumət uzun müddət maliyyə dəsətyi göstərə bilməz. Mediada reklam bazarı inkişaf etdirilməli və buna şərait yaradılmalıdır”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın