Menu
Geri İrəli

Əli Həsənov Astan Şahverdiyev haqda – “Böyük qəbahətdir”

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Dekabr 2016 • Baxış sayı: 452 dəfə • Şərh yoxdur

eli-hesenovAstan Şahverdiyev əgər belə ifadələr işlədibsə, bu, böyük qəbahətdir”

sumqayitxeber.com Report-a istinadən xəbər verir ki, Azərbaycan baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) sədri Əli Həsənov 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Astan Şahverdiyevin qalmaqala səbəb olan fikirlərinə münasibət bildirib.

Ə.Həsənov deyib ki, Astan Şahverdiyev əgər belə ifadələr işlədibsə, bu, böyük qəbahətdir:

“Onun mənə yaxın olmasının məsələyə nə aidiyyatı var?! Deputatı xalq seçir. Bilmirəm, Astan Şahverdiyev o cür ifadələr işlədib, ya yox… Əvvəla inanmıram ki, o cür deyib. Əgər deyibsə, bu, böyük qəbahətdir. O cür sözləri necə işlətmək olar?! Onu yaxşı tanıyıram, xalqını, vətənini sevir. Onun xanımının da müsahibəsini oxudum. Məncə, Astan Şahverdiyev müsahibəsində hər kəsi nəzərdə tutmayıb. Yəqin ki, “bəziləri” ifadəsini çıxarıblar. Özü ilə görüşməmişəm deyə konkret nəsə deyə bilmərəm. O, böyük alimdir, xalqı xaricdə təmsil edir, vətənpərvər insandır. Bu, necə olub, belə deyib bilmirəm”.

Qeyd edək ki, A.Şahverdiyevin bir neçə gün öncə “Azadlıq radiosu”na verdiyi müsahibə qalmaqala səbəb olub. Deputat müsahibəsində Biləsuvarda məskunlaşan Cəbrayıl rayonundan olan bəzi etirazçı məcburi köçkünləri “nəşəli”, “içkili” adlandırıb. O, Rusiyaya işlə bağlı gedənlər barədə də “otxod” ifadəsini işlədib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın