Menu
Geri İrəli

Elmar Məmmədyarov prezidentlərin görüşünü şərh etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 21 İyun 2016 • Baxış sayı: 176 dəfə • Şərh yoxdur

'

Nazir qeyd edib ki, danışıqlar konstruktiv şəkildə keçirilib.

Azərbaycan tərəfi Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilmiş Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün nəticələrini müsbət qiymətləndirir.

Xarici işlər nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumata görə, bunu Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov deyib.

“Görüş konstruktiv şəkildə keçirilib. Azərbaycan tərəfi görüşün nəticələrini müsbət qiymətləndirir. İnanırıq ki, görüş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq imkanı yaradacaq”, – nazir bildirib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın