Menu
Geri İrəli

Energetika naziri Natiq Əliyev Türkiyədə vəfat etdi – YENİLƏNİB

Müəllif: sumqayitxeber.com • Tarix: 9 İyun 2017 • Baxış sayı: 252 dəfə • Şərh yoxdur
natiqTürkiyədə müalicə olunan energetika naziri Natiq Əliyev vəfat edib.
Bu barədə APA-nın Türkiyə müxbirinə Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan məlumat verilib.

**

11:35

 

Türkiyənin İstanbul şəhərində müalicə olunan energetika naziri Natiq Əliyev dünyasını dəyişib.

APA-Ecoonmics”in əldə etdiyi məlumata görə, İstanbulun “Florence Nightingale” klinikasında müalicə olunan nazirin vəziyyəti qəfildən pisləşib. Həkimlərin müdaxiləsi yetərsiz olub.

 

Qeyd edək ki, ötən həftənin sonu ürəyində problem yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb. Nazir İstanbulun Şişli rayonunda yerləşən və kardioloji xidmətlər üzrə ixtisaslaşan “Florence Nightingale” xəstəxanasında müalicə olunurdu.

 

Natiq Əliyev 23 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın