Menu
Geri İrəli

Ərdoğan Azərbaycana yola düşdü

Müəllif: sumqayitxeber.com • Tarix: 12 İyun 2015 • Baxış sayı: 177 dəfə • Şərh yoxdur

recep_tayyip_erdoganTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana yola düşdü. ANS PRESS-in məlumatına görə, bu barədə R. T. Ərdoğanın administrativ twitter səhifəsində məlumat yayılıb:

“08.00 (Bakı vaxtıyla 10.00) Azərbaycana hərəkət”.

Bundan başqa Türkiyə prezidentinin sosial şəbəkədəki səhifəsində Ərdoğanın Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammədovla birlikdə Azərbaycan prezidenti İlham Əliyevin qonaq ölkə başçılarının şərəfinə verəcəyi ziyafətdə iştirak edəcəyi bildirilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın