Menu
Geri İrəli

Erməni silahlı bölmələri atəşkəs rejimini 29 dəfə pozub

Müəllif: sumqayitxeber.com • Tarix: 21 May 2016 • Baxış sayı: 572 dəfə • Şərh yoxdur

Cebhe 100614Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 29 dəfə pozub. Bu barədə virtualaz.org-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Ermənistan Respublikası Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun Nəmirli, Xocavənd rayonunun Kuropatkino kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın