Menu
Geri İrəli

Erməni silahlı bölmələri atəşkəsi 17 dəfə pozub

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyun 2016 • Baxış sayı: 499 dəfə • Şərh yoxdur

cebheErməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 17 dəfə pozub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Ermənistanın İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində, Berd rayonunun Çinari, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Əlibəyli və Ağdam kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın