Menu
Geri İrəli

Erməni təxribatı ATƏT PA-da qaldırılacaq – Tahir Mirkişili

Müəllif: sumqayitxeber.com • Tarix: 5 İyul 2017 • Baxış sayı: 550 dəfə • Şərh yoxdur

tahir_mirkisili

ATƏT Parlament Assambleyasının 26-cı illik sessiyası artıq başlayıb. İclasda Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində dinc əhaliyə qarşı təxribatı hökmən qaldırılacaq. Ermənistanın törətdiyi bu vəhşi akt iclas iştirakçılarının diqqətinə çatdırılacaq.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, ATƏT Parlament Assambleyasının sessiyasında bu cür aktların təkrarlanmaması üçün işğala son qoyulması bir daha tələb olunacaq: “Eyni zamanda Ermənistana qarşı sanksiyaların tətbiqi bir daha gündəliyə gətiriləcək”.

Qeyd edək ki, Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputatlar Azay Quliyev, Kamran Nəbizadə, Elşad Həsənov və Tahir Mirkişili ATƏT Parlament Assambleyasının 26-cı illik sessiyasında iştirak etmək Belarusun paytaxtı Minskdə səfərdədir.

Səfər iyulun 10-da başa çatacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın