Menu
Geri İrəli

Ermənilər atəşkəsi 10 dəfə pozub

Müəllif: sumqayitxeber.com • Tarix: 20 May 2016 • Baxış sayı: 478 dəfə • Şərh yoxdur

cebheAprel ayında vəziyyətin gərginləşdiyi cəbhədə nisbətən sakitçilik hökm sürür. Müdafiə Nazirliyindən ANS PRESS-ə verilkən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 10 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Ümumiyyətlə prezidentlərin may ayının 16-da Vyanada keçirilən görüşündən sonra təmas xəttində vəziyyət daha öncə görülməmiş dərəcədə dəyişib desək yanılmarıq. Belə ki, xüsusilə aprel döyüşlərindən sonra erməni tərəfi atəşkəs rejimini müntəzəm olaraq iriçaplı pulemyotlar və minaatanlardan pozurdu. Lakin son bir neçə gündə atəşkəsin pozulması halları əhəmiyyətli dərəcədə azalıb.

Ötən gündə erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 26 dəfə pozub.
Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Kəngərli, Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın