Menu
Geri İrəli

“Ermənilər Xankəndi istiqamətində qaçırlar” – Cəbhədən xəbər var

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Aprel 2016 • Baxış sayı: 130 dəfə • 1 şərh

a4a29ffa09e9ab6080985783273d1a39“Ermənilərin gecə boyunca cəbhəyanı yaşayış məntəqələrini atəşə tutmasına baxmayaraq, biz evlərimizi tərk etməmişik. Əksinə, hər birimizi ön cəbhədə ordumuza dəstək olmağa hazırıq. Biz Ordumuza inanırıq, öz evimizdə, qəsəbəmizdəyik”.

“Ermənilərin bu gecə daha ağır itki verdiyini müşahidə etdik”

“Qafqazinfo” xəbər verir ki, bunu APA-nın yerli bürosuna açıqlamasında Ağdam rayonunun Baharlı qəsəbəsində məskunlaşan Ramal Dadaşov deyib. O bildirib ki, Ağdam rayonunun Şıxbabalı kəndindən məcburi köçkündür: “Gördüyünüz kimi, hamı hazırda qəsəbədə, öz ev-eşiyindədir. Biz torpaqlarımızın işğaldan azad olunacağı, kəndimizə qayıdacağımız günü gözləyirik. Ordumuza güvənirik, bilirik ki, ordumuz sərhədlərimizi qoruyur”.

Tərtər rayon sakini Umud Meydanov da ermənilərin cəbhə xəttində gərginlik yaratamağa cəhd etmələrinə baxmayaraq, tərtərlilərin evlərini tərk etmədiyini deyib: “Belə bir şey olmayacaq. Əksinə, cəbhə kəndlərində dinc əhali arasında yaralı olduğunu eşidəndə tərtərlilər xəstəxanaya gedib, könüllü qan vermək istədiklərini bildirdilər”.

U. Meydanovun sözlərinə görə, rayon sakinləri erməni təxribatını pisləyir, kəndlərin boşalması barədə şayiələrin əsassız olduğunu bildirir: “Bütün cəbhəyanı kəndlərdə tanışlarımız yaşayır. Biz evimizi, elimizi tərk etməyəcəyik. Ordumuz burdadı, biz nədən narahat olmalıyıq ki?”

Füzuli rayon icra başçısının birinci müavini Bağır Aslanovun bildirdiyinə görə, qoşunların təmas xəttinin Füzuli və Cəbrayıl rayonları istiqamətində atışma səsləri hələ də eşidilir. “Yerli sakinlər evlərindədi. Onlar Azərbaycan Ordusuna güvənirlər. Hər kəs öz iş-gücü ilə məşğuldur. Heç bir kəndin boşaldılması və ya əhalinin evini tərk etməsi faktı yoxdur”.

Ağdam rayon Çıraqlı kənd sakini Xurşud Məmmədov isə bildirib ki, Çıraqlı kəndi cəbhə xətti boyunca ən yaxın yaşayış məntəqələrindən biridir: “Kəndin ərazisi Azərbaycan Ordusunun nəzarətindədi. Uzun illərdi bu kəndin sakinləri güllə yağışı altında yaşayır. Ermənilər bu gecə də kəndi ağır artileriyadan atəşə tutdu. Buna baxmayaraq, əhali kəndi tərk etməyib”.

X. Məmmədov bildirib ki, Çıraqlıdan cəbhə xəttində nələrin baş verdiyini açıq müşahidə etmək olur: “Ermənilərin bu gecə daha ağır itki verdiyini müşahidə etdik”.

Ağdam rayon Baharlı kənd sakini Mehman Sadıqov isə deyib ki, əhalinin evlərini tərk etməsi barədə deyilənlər həqiqəti əks etdirmir: “Başqa rayonlarda yaşayan qohumlarımız kəndlərin boşaldığı barədə şayiələrdən narahat olurlar. Biz öz evimizdəyik. Heç yerə getmək fikrimiz yoxdu. Ordumuz düşmənə layiqli cavab verir. Cəbhəyanı kəndlərdə yaşayanlar bunu öz gözləri ilə görürlər. Biz burda özümüz ordumuzun gücünü görüb daha da əmin oluruq”.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı da Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin öz mövqelərində olduğunu qeyd edib: “Heç bir kənddə əhali yerlərini tərk etməyib. Tam fərqli olaraq qarşı tərəfdə, işğal altında olan torpaqlarda məcburi şəkildə məskunlaşan ermənilər və erməni silahlı bölmələri Şuşaya və Xankəndi istiqamətində qaçırlar”.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən erməni mediası Azərbaycana qarşı təxribat xarakterli məlumatlar yaymağa başlayıb. Məlumatlarda, “Azərbaycanın cəbhə xəttindəki kəndlərinin boşaldıldığı, yerli əhalinin evlərini tərk etdiyi” bilidirlib.

Ermənilər isə sosial şəbəkələrdəki şərh və statuslarında işğal altındakı Azərbaycan ərazilərində yerləşdirilmiş əhalinin təlaş içində olduğunu yazıblar. Onlar artıq təmas xəttinə yaxın əraziləri boşaltmağa başladıqlarını qeyd ediblər.

Erməni istifadəçiləri baş verənlərə görə Ermənistanın hazırkı rəhbərliyini qınayır və sərt şəkildə tənqid edir.

Facebook Şərhləndirmə:

““Ermənilər Xankəndi istiqamətində qaçırlar” – Cəbhədən xəbər var” yazısına bir cavab

  1. İmdad Tofiqoğlu deyir:

    Dəyərli Prezidentimiz demiş, Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var, müharbə ola bilər, ama, biz yenilməyəcəyik, yenəcəyik. Xahiş edirəm hər kəsdən Haqqınızı qoruyun və lənətə gəlmiş Düşmənə qarşı başı dik cavab verin unutmayın Torpağımızı, Anamızı, qadınlarımızı, qeyrətimizi qorumalıyıq!!

Şərhinizi yazın