Menu
Geri İrəli

Ağdama soxulan 15-dək erməni hərbçi məhv edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Mart 2016 • Baxış sayı: 1,496 dəfə • Şərh yoxdur

Azerbaycan esgeri 031012Cəbhədə düşmənə ağır zərbə endirilib

Cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təxribatının qarşısı alınıb. Lent.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, düşmənin hərəkətlərinə cavab olaraq və gələcəkdə belə təxribatların qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində təmas xəttinin dərinliyindəki erməni mövqeləri darmadağın edilib. Nəticədə düşmənin təxminən 10-15 canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin istənilən təxribat cəhdinin qarşısı Silahlı Qüvvələrimiz tərəfindən dərhal və qətiyyətlə alınacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın