Menu
Geri İrəli

Ermənilərlə atışma zamanı əlil olan gənc kömək istəyir “ Ayağa qalxım hamının borcun qaytaracam”.

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Aprel 2016 • Baxış sayı: 235 dəfə • Şərh yoxdur

12717863_1133644243368847_106037848614238191_n

 

Vüsal Hümmətovun ayağa durması üçün 10 min manat lazımdır

24 yaşlı gənc hərbi xidmətdə olan zaman aldığı güllə yarası səbəbindən əlil olduğunu bildirir:”2010-cu ilin iyul ayında Tərtər rayonuna hərbi xidmətə yollanmışam.Ordan da daha irəliyə cəbhəyə göndərilmişəm.2011-ci ilin  fevral ayının 16-si səhərə saat 4-ə yaxın atışma zamanı güllə yarası almışam. 2  güllə onurğamdan dəydi.Bundan sonra isə gəzə bilmədim,ayaqlarımda hərəkət yoxdur.Dövlət  7800 manat məbləğində kompensasiya verdi.Ancaq bu məbləğin hamısı mənim müalicəmə xərcləndi.Bundan sonra mənlə heç kim maraqlanmadı.25 min manata yaxın pul tökmüşəm müayinə və müalicələrə .Həkimlərim  sənədlərimi Ukraynaya  göndəriblər.Ordan müsbət cavab almışıq.Həkim boyun oldu ki,20 gün ərzində məni sağaldacaq .Ancaq indi bu əməliyyata getməyə  imkanım yoxdur.Həkim deyib ki,onurğaya yerləşdiriləcək aparat sayəsində  gəzə biləcək.Ora getmək,gəlmək,əməliyyat hamısı bir yerdə 10 min manat edir”.

V.Hümmətov deyir ki,dostları ona bank hesabı açaraq müəyyən qədər yardım göstərməyə çalışıblar:”Ancaq yardım kampaniyası üçün hara müraciət edirəmsə geri çevirirlər.Deyirlər ki,hərbi xidmətdə olmusan,biz yaxın dura bilmərik.Hal-hazırda Respublika Klinik Xəstəxanasındayam.Bir müddət əvvəl sidik kisəsində daş var idi deyə  əməliyyat etdilər.Həkimlər hələ ki,xəstəxanadan çıxmağa icazə vermirlər.Özüm Şəkidə yaşayıram.Ancaq  təhsil almaq istədiyimdən Ramanda əlillər üçün olan məktəbdə kompüter və rəsm kursuna gedirəm.İstəyirəm ki,bacarıqlarımı inkişaf etdirim”.

V.Hümmətov deyir ki,əməliyyat olunub ayağa qalxdıqdan sonra hamının borcunu qaytaracaq.

Gəlin,düşmənlə döyüşdə ağır yaralanan gəncimizə yardımçı olaq.Ona əməliyyatı üçün lazım olan vəsaiti toplamağa kömək edək.Bir Azərbaycanlı gəncinin sağlamlığına qovuşmasında bizim də rolumuz olsun.Ən azından 1 manat yardım göstərməklə,əməliyyat üçün lazım olan vəsaiti toplamağa cəhd edək!

Vüsala yardım etmək istəyənlər aşağıdakı hesab nömrəsindən istifadə edə bilərlər:

Kapital Bank Hesab nömrəsi :

AZ03AIIB38010019447006928170

Əlaqə nömrəsi:051 721 21 37 (Vüsal)

5797_1133644266702178_5644825859199725664_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın