Menu
Geri İrəli

Ermənistandan 5 rayonun qaytarılması xəbərinə – Reaksiya

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyun 2016 • Baxış sayı: 191 dəfə • Şərh yoxdur

Armenian_Minister_of_Foreign_Affairs_Eduard_Nalbandyan

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan prezidentlərin Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ probleminin həllində razılıq əldə edilməsi ilə bağlı xəbərləri təkzib edib.

Nalbandyan Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun heç bir danışıqlarda, o cümlədən Sank-Peterburq danışıqlarında iştirak etmədiyini bildirib:

“Son görüşdə o ancaq naharda iştirak edib. Qarabağ məsələsinin nizama salınmasına gəlincə, onun əsasında DQR (qondarma) əhalisinin öz müqəddəratını təyin etmə haqqı dayanmalıdır”.

Qeyd edək ki, Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov ANS-ə açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunduğunu bildirib:

“Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibarilə razılığa gəldilər”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın