Menu
Geri İrəli

Ermənistanın işğalçılıq siyasəti ilə bağlı petisiya: SƏN DƏ SƏS VER!

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Aprel 2016 • Baxış sayı: 2,191 dəfə • 4 şərh

1460377731_petisiya-plplAzərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) aprelin 6-dan “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiya layihəsinin icrasına start verib. 
Layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA-nın prezidenti Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət açılıb.
Müraciətdə Avropa Şurası Parlament Assambleyasının 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır.
Həmçinin Administrasiyaya AŞPA-nın 2085 (2016) saylı qətnaməsini dəstəkləməsi, Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım olunması üçün çağırış edilir.
Qaydalara görə, petisiyaya cavab verilməsi üçün bir ay ərzində müraciəti ən azı 100 min nəfərin (elektron) imzalaması lazımdır. Petisiyanı 13 yaşdan yuxarı şəxslər imzalaya bilərlər.
AVCİYA bütün dünya azərbaycanlılarının, eləcə də türk dünyasının bu petisiya barədə məlumatlandırılması məqsədilə geniş təbliğat kampaniyasına başlayıb. Kampaniya çərçivəsində ay ərzində çoxsaylı aksiya və görüşlərin keçirilməsi, məlumatlandırıcı materialların paylanılması və s. bu kimi fəaliyyətlərin icra edilməsi planlaşdırılır.

İstənilən brauzerdən (İnternet Explorer, Google Chrome, Opera və s.) istifadə oluna bilər.

6.2.  Brauzerin yuxarı hissəsindəki elektron ünvan yerində petisiyanın linki (https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe) yazılmalı və “Enter” düyməsi basılmalıdır.

Petisiyanın linki paylanılan çap materiallarında da (vərəqələr, plakatlar) göstərilib.

6.3. Açılmış səhifənin sol tərəfində ingilis dilində petisiyanın mətni, aşağı hissəsində verilən səslərin sayğacı, sağ tərəfində isə “Add your name” adlı səsvermə bölməsi yerləşir.

6.4. Səsvermə bölməsindəki xanalar doldurulmalıdır:

-     1-ci xana – First Name (səs verənin adı)

-     2-ci xana – Last Name (səs verənin soyadı)

-     3-cü xana – Email Address (səs verənin elektron poçt ünvanı (email)

-     4-cü xana – Zip Code (poçt indeksi, misal üçün, AZ1147). Bununla bağlı səs verənləri yaşadıqları ərazinin poçt indeksi barədə məlumatlandırmaq zəruridir.

6.5. Qeyd olunan xanaları doldurduqdan sonra “Sign now” yazılı düyməni klik edin (tıklayın).

6.6. Dərhal elektron poçtunuzu açın, çünki göstərdiyiniz elektron ünvanınıza (email-a) sayt tərəfindən səsinizi təsdiqləmək üçün məktub gələcəkdir.

6.7. Verdiyiniz səsi təsdiqləmək üçün gələn məktubda mütləq “Confirm…..” yazılı linki (keçidi) klik edin (tıklayın).

6.8. Bundan sonra ekranda “Thank you…” cümləsi olan təşəkkür səhifəsi açılacaq. Deməli, verilən səs hesablanıb.

6.9. Bununla da səsvermə prosesi başa çatmış hesab olunur.

 Sumqayıt şəhəri üzrə səsverənlərin statistikasını aparmaq üçün zəruri QEYD: 

Hər bir səs verən sayt tərəfindən ona göndərilən “Thank you…” cümləsi olan təşəkkür səhifəsinin linkini (elektron ünvanı) brauzerin elektron ünvan yerindən kopyalayıb özünün elektron poçt ünvanından şəhər üçün xüsusi açılmış elektron poçta (sumqayit.petisiya@gmail.com)  göndərməyi xahiş olunur.

Məktubun “Mövzu” sətirində səs verənin adı, soyadı, mətn yerində isə “Thank you…” cümləsi olan təşəkkür səhifəsinin linki (elektron ünvanı) verilməlidir.

Facebook Şərhləndirmə:

“Ermənistanın işğalçılıq siyasəti ilə bağlı petisiya: SƏN DƏ SƏS VER!” yazısına 4 cavab

  1. Elgun deyir:

    Qarabag bizimdir bizim olacaq

  2. Elgun deyir:

    Qarabag bizimdir bizim olcaq.

  3. Elgun deyir:

    Azərbaycan güclü dövlətdir ve Azərbaycanın güclü ordusu var.

  4. Nargiz Rahimova deyir:

    Qarabag bizimdir -bizim olacaq!

Şərhinizi yazın