Menu
Geri İrəli

Ermənistanın sabiq baş nazirindən etiraf: “Sumqayıt hadisələrini DTK təşkil etmişdi…”

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Noyabr 2016 • Baxış sayı: 511 dəfə • Şərh yoxdur

1478506995_manukyan“1988-ci ildə Sumqayıt hadisələrində SSRİ rəhbərliyinin əli olduğundan şübhələnirdik. Ötən əsrin əvvələrinə baxdıqda görürsən ki, Rusiya dövləti demokratik hərəkatı öz yolundan sapdırmaq üçün həmişə etnik və dini nifrət zəmnində talandan və qarşıdurmadan istifadə edib. Sumqayıtda da həmin dəst-xətt göz önündə idi…”
Bu sözləri separatçı “Qarabağ” Komitəsinin sabiq rəhbəri, 1990-91-ci illərdə Ermənistanın baş naziri, 1992-93-cü illərdə müdafiə naziri olmuş Vazgen Manukyan Rusiyanın slon.ru saytına müsahibəsində deyib.
Dağlıq Qarabağda separatçı hərəkatın rəhbərlərindən olmuş Manukyan münaqişənin tarixi ilə bağlı maraqlı məqamlara toxunub.
Onun sözlərinə görə, Sumqayıt hadisələrində SSRİ rəhbərliyinin əli olması barədə hər hansı sübutlar yoxdur: ”Amma analoji müqayisə başqadır. DTK bu qarşıdurmanın olacağından xəbərsiz ola bilməzdi. Onlar bunun qarşısını ala bilərdilər. Ya bu hadisələri DTK təşkil etmişdi, ya da əvvəlcədən bilsələr də, qarşısını almamışdılar”.
Manukyan Ermənistanda Qarabağla bağlı başlanan ilk aksiyalar barədə də danışıb. Onun sözlərinə görə, Ermənistanda 1988-ci ildə keçirilmiş kütəvi aksiyalardan sonra mart ayında sovet ordusunun hissələri Yerevana yeridilib: ”Görünür, Yerevandakı kütləvi aksiyalar Qorbaçovu düşünməyə vadar etdi. Onun variantı var idi: “Qarabağ” Komitəsini həbs etməli, bir neçə rəhbərini güllələməli və tanklarla şəhər boyu yürüş keçirməli idi. O zaman bu addım bütün SSRİ üçün bir siqnal olacaqdı: Tabu… Daha irəli getmək olmaz. Amma o, qərar verə bilmədi, ya da buna qarşı getməyə cəsarəti olmadı”.
Manukyan vəziyyəti Çinin Tyanamen meydanında baş vermiş situasiya ilə müqayisə edib. Onun sözlərinə görə, Çində, Den Syaopin tankların gücü ilə hərəkatı yatırtdı:”Burda da hamı Qorbaçovdan belə qərar verəcəyini gözləyirdi. Amma Qorbaçov güc tətbiq eləmədi. Bu isə SSRİ-nin digər xalqları üçün bir siqnal oldu: onlar başa düşdülər ki, Sovet İttifaqı artıq “Arixpelaq QULAQ”-dan oxuduqları ölkə yox, tamam ayrı ölkədir.  Bundan sonra Pribaltika ölkələrində kütləvi mitinqlər başladı”.
Manukyanın sözlərinə görə, baş nazir olarkən SSRİ prezidenti Mixail Qorbaçovla Sovet İttifaqının yeni formatının necə olacağı barədə söhbət edib: ”Qorbaçov mənə dedi ki, o, SSRİ-də ABŞ-da olduğu kimi liberal və demokratik cəmiyyətin yaranmasına çalışır. SSRİ-də böyük vilayətlər və respublikalar ABŞ ştatları kimi hüquqlar əldə  edəcəkdilər. Bu isə mümkün olmayan bir arzu idi”.
X.SƏFƏROĞLU, Strateq.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın