Menu
Geri İrəli

Əsgərimiz şəhid oldu – Ermənilərdən daha bir təxribat

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Oktyabr 2016 • Baxış sayı: 710 dəfə • Şərh yoxdur

shehid-3Ermənistan yenidən cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi üçün təxribat əməllərinə başlayıb.

“Qafqazinfo” Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 5-də axşam saatlarında qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Məmmədov Sahil Sabir oğlu şəhid olub.

Bildiririk ki, qoşunların qarşıdurma xəttində baş verən növbəti qanlı təxribata görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın