Menu
Geri İrəli

Ətirinizi özünüz düzəldin: ucuz və asan – Qayda

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Sentyabr 2017 • Baxış sayı: 1,105 dəfə • Şərh yoxdur
Share Button

fexriyyeTanınmış azərbaycanlı modelyer-dizayner, əttar, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova evdə təbii ətirlərin hazırlanması sirrini bölüşüb.

Kult.az Fəxriyyə Xələfovanın təbii ev ətirlərinin hazırlanması qaydasını sizə təqdim edir:

Qəhvə fincanının yarısı qədər olan spirtin üzərinə fincanı dolduracaq qədər gül yarpaqları yığılır, 7 gün gözlədilir. Sonra isə 1 stəkan su qaynadılaraq, içinə 1 xörək qaşığı portağal rəndəsi, 1 çay qaşığı nanə ilə 2 dənə qərənfil əlavə edilir. Bu qarışıq 15 saat saxlanılır. 15 saatdan sonra qarışıq süzülür. Sonra isə 7 gün saxlanılan gül mayesi ilə bir-birinə qarışdırılır”.

Qeyd edək ki, əldə edilən ev istehsalı ətir şüşə qabda və sərin yerdə saxlanmalıdır. İstifadə ediləcəyi zaman isə içinə 1 qaşıq qədər şirin badam yağı da əlavə edə bilərsiniz.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın