Menu
Geri İrəli

Facebook kimlərin sizi dostluqdan sildiyini göstərəcək – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 8 İyul 2015 • Baxış sayı: 410 dəfə • Şərh yoxdur

fbMəni dostluqdan kim çıxarıb?

Facebook üçün “Who Deleted Me?” proqramı iOS, Android və Google Chrome üçün əlavə kimi yaradılıb.

Adından da məlum olduğu kimi, proqram istifadəçini dostlar siyahısından silən digər istifadəçiləri izləyir, Oxu.Az xarici KİV-ə istinadən xəbər verir.

Siyahı yaratmaqdan başqa proqram istifadəçini hansı istifadəçilərin dostlar siyahısından silindiyinə dair xəbərdarlıq edir. Proqram yalnız yazıldıqdan sonra silinə, dostluqları müəyyən edə bilir.

“Who Deleted Me?” ilk dəfə Facebook-da 2009-cu ildə peyda olub, daha sonra Facebook onu dəstəkləməyi dayandırıb, belə ki, “Who Deleted Me?” saytın qoyduğu məhdudiyyətlərdən kənara çıxıb. Proqramın yeni versiyası istifadəçinin dostlarının siyahısını, API Facebook-dan deyil, profilindən əldə edəcək.

Bununla yanaşı, “Who Deleted Me?”-nin Android versiyasının istifadəçiləri proqramın yüklənməsində yaranan problemlərdən şikayət ediblər.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın