Menu
Geri İrəli

Facebookla bağlı bilmədiyimiz ilginc detallar

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Oktyabr 2017 • Baxış sayı: 325 dəfə • Şərh yoxdur
Share Button

facebookHəyatımızı asanlaşdıran və həm də çətinləşdirən şirkətdə nələr baş verir? Divarı olmayan ofisdə çalışmaq böyük paralar qazandırır, amma…

Əksər insanların elə bir günü yoxdur ki, sosial şəbəkədən istifadə etməsin. Sutkanın böyük bir qismini Facebookda keçirir, işlərimizi, görüşlərimizi, dostlarla ünsiyyətimizi burda həyata keçiririk. Bizə də hər zaman elə gəlir ki, sözügedən şirkətdə çalışanlar üçün iş yeri, iş sistemi olduqca əyləncəlidir. Amma məsələ düşündüyümüz kimi deyil.

Bu günlərdə Türkiyə mətbuatında facebook işçiləri barədə maraqlı faktlarla dolu bir məqalə dərc edildi. Ordakı informasiyalara və detallara diqqət edək.

Sosial media nəhəngi facebook bir çox insanın çalışmaq istədiyi və gələcəyi üçün qarşısına böyük fürsətlərin səriləcəyini düşündüyü bir şirkət. Amma facebookda işləmək düşünüldüyü kimi hər cəhəti ilə gözəl bir şey deyil. Keçmiş facebook işçiləri şirkət üçün elə şeylər söylədilər ki, texnologiya həvəskarı olan gənclər üçün xəyal qırıqlığı oldu.

Keçək facebookda işləməyin ən pis tərəflərinə:

İlin 6 həftəsində 7 gün, 24 saat işləmək. Facebookun ofisində divarlar yoxdur. Heç kimin ayrıca otağı yoxdur. Rəhbərlikdəkilər fərdin uğuruna yox, komandanın uğuruna daha çox sevinir. Facebookda çalışanların sayı çox sürətlə artdığı üçün təşkilatlanmaq çox çətindir. Bundan başqa, facebookda çalışan insanın yaxın ətrafı, dost-tanışı hər an ona sosial şəbəkədəki hansısa məsələ ilə bağlı suallar verə bilər. Facebookda işləyib milyonlar da qazana bilməzsiz, öz şirkətinizi də qura bilməzsiz. Bunları facebookda çalışaraq etmək bir xəyaldır. İşçilərin danışıq forması özündən razı və aşağılayıcı tondadır. Rəhbərlik danışıqlarda açıq və net deyil. Suallara cavab almaq mümkün deyil. Görülən işlə bağlı geriyə doğru qərar verilməsi və ya düzəliş imkanı yoxdur. Mark Zuckerberg və Sheryl Sandberg şirkətdən çox başqa fəaliyyətlə məşğuldular. Google-u izləməkdən şirkət öz missiyasına və işlərinə diqqəti cəmləşdirə bilmir. İş atmosferi olduqca pisdir. Hər kəs çiyin-çiyinə, heç bir özəl sahəsi olmadan çalışır.

İşə girmək üçün 18 cəhənnəm sualı

İlkin mərhələ üçün şirkət işçilərə nə az, nə çox, 5 min dollar maaş təklif edir. Təbii ki, belə bir təklif isə hər kəsin ürəyincədir. Lakin işə qəbul şərtləri rahat olmaqla yanaşı, həm də olduqca kreativdir. Deməli, facebooka işə qəbul olmaq istəyən şirkət rəhbərliyi tərəfindən hazırlanmış 18 suala cavab verməlidir. Belə ki, verilən cavablarla işləmək istəyən şəxsin bütün şəxsi keyfiyyətləri və intellekt səviyyəsini müəyyən etmək olur. Suallar aşağıdakılardan ibarətdir.

Fərz edək ki, 100 mərtəbəli binadasan və sənə tamamilə bir-birinə oxşar 2 yumurta veriblər. Məqsəd isə yumurtanı hansı mərtəbədən atacağın halda sınmayacağını müəyyənləşdirməkdən ibarətdir. Bu 2 yumurtadan istifadə edərək yumurtanın qırılmayacağı ən yuxarı mərtəbəni necə müəyyənləşdirə bilərsən.

Əgər bir bankomatı sıfırdan hazırlamağı sənə həvalə etsəydilər, necə edərdin və nələri dəyişdirərdin?

Bütün facebookda bir gündə neçə dənə ad günü postu yazılır?

İstanbul şəhərindəki bütün şüşələri təmizləmək üçün nə qədər pul istəyərdin?

Əgər səni facebooka işə götürsək, buradakı ilk günündə nə edərsən?

Web saytlar necə işləyir və işlədilir?

Səncə, bütün Amerikada neçə dənə tozsoran var?

Sənin olduğun yerdə kabelsiz internet şəbəkəsi ilə insanların online videoya baxmasının qarşısını necə ala bilərsən? Onu da nəzərə al ki, kabelsiz şəbəkədə idarəçi sən deyilsən və hər cür qeyri-leqal üsulladan istifadə etməyə imkan verirlər.

Təsəvvür edək ki, Rusiya mafiyası tərəfindən qaçırılmısan və səni “rus ruletkası” oynamağa məcbur ediblər. Barabanına 6 güllə yerləşən silaha 2 güllə yerləşdirərək sənə veriblər. Birinci atış boş çıxır. Növbəti atəş üçün barabanı fırlayardınızmı? Nəzərə alın ki, hər iki halda vurulma ehtimalınız var….

Keçmişinlə bağlı ən az qürur duyduğun şey nədir?

Facebookun sahib olduğu bütün məlumatlara və şeylərə sahib olsaydın nə edərdin?

Sənin son 20 il ərzində ən yaxşı kəşfin nə olub?

Əlində 100 dənə sənə aid olmayan kredit kartı məlumatı var. 24 saat ərzində, yalnız onunla əməliyyat həyata keçirərək ən çox pulu necə qazanarsan? (Əlbəttə həbs olunmayacağını fərz edərək)

25 yarış atı və onların qarşısında 5 maneə var. Sürət ölçən cihaz isə yoxdur. Ən sürətli və zəif qaçan atı necə müəyyənləşdirə bilərsən?

Bir profilin saxta olub-olmadığını necə müəyyənləşdirə bilərsən?

Başqa bir şəhərə getməmişdən öncə həmin şəhərdə yaşayan 3 dostuna zəng edərək orada yağışın yağıb-yağmadığını soruşaraq özünlə çətir götürüb-götürməməyi müəyyənləşdirmək istəyirsən. Bütün dostların 1/3 ehtimalla yalan danışa bilərlər. Belə olan halda sənin həmin şəhərdə yağışın yağması ilə bağlı ehtimalın necə olar?

Sizcə, internetdə nə qədər pul xərclənir?

Əgər bir heyvan olsaydın, hansını seçərdin? Niyə və hansı səbəbə görə?

Pula pul demirlər, onlar üçün pulun başqa adı var

İndi isə sizə bu şirkətdə çalışıb, qazanılan pulların məbləği barədə yazaq. Öncə ondan başlayaq ki, facebook investor-bankçı səviyyəsində pul qazana biləcəyiniz yerdir. Təbii ki, əgər mühəndissinizsə.

Facebookdakı 15 fərqli vəzifə üçün toplam rəqəmlər – illik maaş və bonus artan sıralama ilə bu şəkildədir.

1.Məhsul analizi

Maaş (dollar): 118.864

İstehsal mühəndisi

Maaş (dollar): 132.534

İstifadəçi mühəndisi

Maaş (dollar): 146.708

Dalğa mühəndisi

Maaş (dollar): 146.949

Şəbəkə mühəndisi

Maaş (dollar): 160.172

Yazı mühəndisi

Maaş (dollar): 171.076

Araşdırma elm adamı

Maaş (dollar): 172.705

Texniki proqram müdiri

Maaş (dollar): 175.589

Yazışma mühəndisi

Maaş (dollar): 183.397

Şəbəkə elm adamı

Maaş (dollar): 185.743

Məhsul mühəndisi

Maaş (dollar): 194.907

Yazılım mühəndisi IV

Maaş (dollar): 209.988

Üst səviyyə yazılım mühəndisi

Maaş (dollar): 211.647

Yazılım mühəndisi V

Maaş (dollar): 259.349

Mühəndislik idarəedicisi

Maaş (dollar): 380.861

Google-da çalışanlar daha stresslidir, nəinki facebookdakılar

Facebookda çalışanlar qədər hamımızın gündəlik istifadə etdiyimiz axtarış saytı olan google-ın işçiləri də maraq mövzusudur. Araşdırmaçılar bu iki şirkətdə çalışmaq arasında hansı fərqlərin olduğunu müəyyən ediblər.

Facebookda işləyənlər google-da işləyənlərə nisbətən öz işlərindən daha çox məmnundular. Sorğu nəticələrinə əsasən facebookda bu göstərici 93%, google-da isə 84%-dir.

Facebook işçiləri arasında iyerarxik quruluş kəskin deyil. Facebook rəhbər vəzifədə çalışanlara güvəndiyi kimi, işçilərinə də bir o qədər güvənir. Yeri gələndə idarəçiləri tənqid edən facebook, işçilərində şirkətə güvən yaratmaq məqsədilə əlindən gələni edir.

Facebook işçiləri google işçilərinə nisbətən daha çox pul qazanır. İldə 135 min dollar facebook da olduğu halda google-da bu rəqəm 133 min dollardır.

Facebookda işçilərin stressi google-a anisbətən azdır. Sorğuya görə stress faizi google-da daha çoxdur.

Facebook işçiləri gördükləri işə daha mənalı hesab edirlər. Onların fikirinə görə, məqsədləri insanlara fayda vermək ünsiyyəti rahatlatmaqdır. Facebook işçilərinin 81%-i gördükləri işin mənalı olduğunu düşünür. Google-da isə bu rəqəm 76%-dir.

Facebooka işə düzəlmək daha asandır. Google-da işə düzəlmək üçün 6 həftə gözlədiyiniz halda facebook müraciət edənlərə daha asan tələblər təklif edir.

Googleda işçilərin sayı daha çoxdur və kobud dildə desək işçi ordusu var. 53 min işçisi olan google 10 min işçisi olan facebooka nisbətdə yaxşı işçilərin ön plana çıxardılmasında daha ləngdir. Google işçilərindən biri vəziyyəti belə açıqlayır: “Əgər mükəmməl bir mühəndis deyilsəniz, bütün gün əlinizdə cihaz yağları ilə ora-bura qaçacaqsınız”.

Facebookda isə işçilərin ön plana çıxması üçün daha yaxşı imkanlar var.

Facebook işçilərini daha çox düşünür. Yeni övladı olmuş işçilərə yumurta dondurma proqramı çərçivəsində hər ay əlavə 4 min dollar ödəyir. Google-da isə yalnız 4 aylıq pullu icazə xidməti var.

Şirkətdə direktorlar şurasının üzvü olmuş Sandberq malik olduğu səhmləri Facebook-un sabiq və indiki əməkdaşlarına səhmlərin satışına qoyulmuş yasağın müddətinin bitməsindən sonra satıb.

Direktor 353 min səhm sataraq 7,45 milyon dollar əldə edib.

Devid Spileyn 5,4 milyon, Ulliot isə 3,13 milyon dollarlıq səhm satıblar.

43 yaşlı Şeril Sandberq Facebook sosial şəbəkəsinin banisi və rəhbəri Mark Sukerberqin biznes tərəfdaşı idi. Bu ilin iyun ayında isə o, sosial şəbəkənin direktorlar şurasında ilk qadın olub.

Sözügedən şirkətlə bağlı bilinməyən daha bir detal. Facebook şirkəti ofislərinə yaxın ərazilərə köçən işçiləri üçün 10 min dollar əlavə ödəniş edir. Belə ki, şirkət  işçilərinin problemləri ilə yaxından maraqlanır. Onların bütün ehtiyaclarına nəzarət edir.

“Reuters” agentliyinin yaydığı məlumata görə, Facebook insan qaynaqları siyasətini işçilərinə və onları həyatının bütün mərhələlərində onlara dəstək olmaq üzərində hazırlayıb.

Bu siyasətə  uyğun olaraq  facebook şirkətin  Menlo Park-dakı  əsas  mərkəzinə  16 kilometr  məsafəyə köçən işçiləri üçün  10 min dollar əlavə ödəniş  edir.

San-Fransiskonun cənub mərkəzinə 48 kilometr məsafədə yerləşən facebook ofisi də  yol məsafəsi səbəbiylə bəzi əməkdaşlarının yaxın ərazidə yerləşməsini məcbur edir.

Bu şəraitlə facebookda işləyənlər iş saatı bitdikdə evlərinə rahat gedə bilir. Bəzən  isə  onlar işləri çox olduqda  ofisdə qalıb , işlərini evlərindəki kimi rahat şəkildə görə bilir.

Facebook bu addımla kadrlarının çox yorulub, işdən evə gec getmələri kimi problemlərin qarşısını almaqla yanaşı, həmçinin, işçiləri üçün daha motivasiyalı iş şəraiti yaradır.

Şirkət bununla işçilərinin yolları uzaq olduğundan evə getmək üçün işdən tez çıxması kimi hallarını da aradan qaldırmış olur.

Sevinc TELMANQIZI

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın