Menu
Geri İrəli

“Facebook”un messencerində yenilik

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Noyabr 2017 • Baxış sayı: 245 dəfə • Şərh yoxdur
Share Button

facebook“Facebook”un messencerində 4K formatlı fotolar göndərmək mümkün olacaq.

sumqayitxeber.com lent.az-a istinadən xəbər verir ki, sosial şəbəkədən bildiriblər ki, yüklənən şəkillər artıq keyfiyyətini itirməyəcək.

“Facebook” üçün şəkillərin miqyası 4096х4096 pikselə çatacaq ki, bu da internet xidmətləri üçün keyfiyyət göstəricisi hesab edilir.

Hər ay sosial şəbəkə istifadəçiləri təxminən 17 milyard foto mübadiləsi həyata keçirir. Bu səbəblə onlar sosial şəbəkə rəhbərliyinə standart messenceri təkmilləşdirmək xahişi ilə müraciət ediblər. Artıq ABŞ, Kanada, Fransa, Avstraliya, Honkonq, Sinqapur, Cənubi Koreya və Yaponiyada yenilik tətbiq olunub. Yaxın həftələrdə 4K yükləmə funksiyası bütün istifadəçilərə əlçatan olacaq.

“Facebook” qeyd edir ki, fotonun böyüklüyü sürətə heç cür təsir etməyəcək və istifadəçilər əvvəl olduğu kimi, yenə də sürətlə fayl mübadiləsi apara biləcəklər.

Xatırladaq ki, bu günlərdə videosüjetlərin təhlili və redaktəsi üçün “Facebook Creator” təqdim edilib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın