Menu
Geri İrəli

Fazil Məmmədovun işdən çıxarılmasına REAKSİYA: “Nazir hazırda işdədir”

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Noyabr 2015 • Baxış sayı: 540 dəfə • Şərh yoxdur

1444040130_fazilMili təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılmasından sonra mətbuatda bir neçə gün “MTN işi” ilə bağlı bəzi nazirlərin də vəzifəsi ilə vidalaşacağı haqda məlumatlar yayıldı. Ötən həftənin sonunda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun işdən çıxarılmasına məhz “MTN işi”nin səbəb olduğu bildirildi.

Bundan sonra vəzifədən uzaqlaşdırılma prosesinin iki nazirlə məhdudlaşmayacağı və daha bir neçəsinin bu aqibətlə üzləşəcəyi iddia edilir. Məsələ ilə bağlı istiqlal.az saytına hökumətdəki mənbədən bildirilib ki, hədəfdəki növbəti məmur vergilər naziri Fazil Məmmədovdur.

Nazirliyin analitik-informasiya şöbəsindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, nazir hazırda iş başındadır: “Vergilər Nazirliyinin fəaliyyəti adı rejimdə davam edir”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın