Menu
Geri İrəli

Fiziki fəallıq onkologiya və insult riskini azaldır

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Avqust 2016 • Baxış sayı: 479 dəfə • Şərh yoxdur
fiziki hereketYüksək səviyyədə fiziki fəallıq beş yayılmış xroniki xəstəliyin, o cümlədən bağırsaq xərçəngi, süd vəzisi xərçəngi, diabet, ürək xəstəliyi və insultun inkişafı ehtimalını azaldır. Bu barədə məlumat “The BMJ” jurnalında Amerika və Avstraliya alimlərinin tədqiqatlarının nəticələrinə dair dərc edilmiş məqalədə yer alıb.

Əvvəllər keçirilmiş çoxsaylı tədqiqatlar fiziki fəallığın faydasını sübut edib ki, bu da Dünya Səhiyyə Təşkilatını həftəlik yüklənmənin 600 MET-dəqiqəyə bərabər minimum səviyyəsini təyin etməyə yönəldib. Müəyyən edilmiş normaya işdə fiziki fəallıq, ev işləri, habelə yerimə və ya velosiped sürmək aiddir.

ABŞ və Avstraliya tədqiqatçıları fiziki yüklənmənin tip və ölçüsünün xroniki xəstəliklərin inkişafı riskinə nə dərəcədə təsir etməsini aydınlaşdırmağı qərara alıblar. Alimlər 1980-2016-cı illər arasında dərc edilmiş mövzu baxımdan yaxın 174 tədqiqatın nəticəsini təhlil ediblər. Bu materialların xülasəsi göstərib ki, ən yaxşı nəticəni həftədə 3-4 min MET-dəqiqə fəallıq səviyyəsində əldə etmək olar. Bu göstərici müxtəlif fiziki yüklənmələrin gündəlik məcmusu əsasında, məsələn, 20 dəqiqə pilləkənlə qalxmaq, 15 dəqiqə evi yığışdırmaq, 20 dəqiqə bağda işləmək, 20 dəqiqə qaçmaq və 25 dəqiqə piyada gəzməklə əldə edilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın