Menu
Geri İrəli

“Fraktal və Məntiq” layihəsinə yekun vuruldu

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Yanvar 2016 • Baxış sayı: 260 dəfə • Şərh yoxdur

Sumqayıt Gənclər Evində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, şəhər Gənclər və İdman Baş İdarəsinin və Gənclər Evinin birgə təşkilatçılığı ilə 23 yanvar tarixində “Fraktal və Məntiq” adlı II rəsm sərgisi keçirilib.

Sərgini açıq elan edən layihə rəhbəri Orxan Rəcəbov ilkin olaraq iştirakçıları fraktalın təbiətdə və insan həyatında rolunu əks etdirən video çarğı izləməyə dəvət etmişdir. Daha sonra layihənin məqsədindən danışan O.Rəcəbov fraktal rəsimlər və onların məntiqi əlaqələri barədə gənclərimizin məlumatlandırılmasının, belə rəsmlərin gənclərimizin düşüncə məntiqinin, diqqətin və yaddaşın inkişaf etdirilməsinə təsirindən danışmışdır. Layihə təlimçisi Gülnar Niftəliyeva fraktal və bu cür rəsmlər arasında məntiqi əlaqənin gün keçdikcə dahada aktuallaşdığını və insan fəaliyyətinin demək olarki bütün sahələrini əhatə ediyini bildirilib

Sərgidə beyin təfəkkürünə, məntiqi inkişafa zəmin yaradacaq, riyazi sirləri və məntiqi əlaqələri birləşdirən 41 fraktal rəsm və fiqurnümayiş olunmuşdur. Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

12637236_956140807755830_924389238_o 12650385_956140817755829_336204668_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın