Menu
Geri İrəli

Füzli Məmmədov iki qazimizə ev bağışladı – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 12 May 2017 • Baxış sayı: 391 dəfə • Şərh yoxdur
Share Button

May ayının 10-da Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun rəbəri, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse prezidenti Füzli Məmmədov Bakıda olarkən iki hərbçiyə ev bağışlayıb.

Xüsusi Təyinatlı Qoşunların üzvləri olan Natiq Mehtiyev Bakı şəhərində, Ülfət Həsənov isə Sumqayıt şəhərində evlə təmin olunublar.

Xatırladaq ki, hər iki hərbçi 2016-cı ilin aprel döyüşləri zamanı böyük qəhrəmanlıq göstərərək, düşmənə ağır zərbə vurublar. Onlar həmin döyüş əməliyyatları zamanı müxtəlif dərəcəli xəsarət alıblar. Natiq Mehtiyev və Ülfət Həsənovun mənzil şəraitinin yaxşılaşdırılması üçün F.Məmmədov öz vəsaiti ilə onlara mənzil alıb bağışlayılb. Bu haqda Natiq Mehdiyev özünün facebook səhfəsində də məlumat paylaşıb.

“Dostlar, nəzərinizə çatdırım ki, ulu öndər Heydər Əliyevin doğum günündə mən və Qazimiz Ülfət Həsənov Bakı şəhərində evlə təmin olunduq. Biz bu diqqət və qayğıya görə ilk öncə Ali Baş Komandanımız İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Bundan başqa mənzilləri bizə hədiyyə edən, Dünya
Azərbaycanlıları Mədəniyyət Fondunun rəbəri, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse prezidenti Füzli Məmmədova hörmətimizi və minnətdarlığımızı bildiririk. Bu işdə daim bizim yanımızda olan Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasınln üzvü Səftər Rəhimliyə və AKF vitse prezidenti, iş adamı Arzuman Abdulkərimova minnətdarlığımızı bildiririk. Tanrı Dövlətimizi Qorusun!”.

Musavat.com

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın