Menu
Geri İrəli

Gədəbəydə özünü güllələyən qadın öldü

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Sentyabr 2017 • Baxış sayı: 64 dəfə • Şərh yoxdur

xestexanaBir neçə gün əvvəl Gədəbəydə özünü güllələyən qadın vəfat edib. Lent.az xəbər verir ki, rayonun Samanlıq kəndində ov tüfəngi ilə döş qəfəsinə atəş açan 1966-ci il təvəllüdlü Məmmədova Solmaz Ədil qızı Şəmkir rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

S. Məmmədova ailəli olsa da, övladı olmayıb.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda cinayət işi açılıb.

*****

Gədəbəydə qadın özünü güllələyib. APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Samanlıq kəndində qeydə alınıb. Kənd sakini 1966-ci il təvəllüdlü Məmmədova Solmaz Ədil qızı yaşadığı evdə ov tüfəngi ilə özünə atəş açıb. Ağır xəsarət alan qadın dərhal xəstəxanaya yerləşdirilib. Hazırda əməliyyat olunur. İlkin məlumata görə 51 yaşlı qadın ailə münaqişəsi zəminində özünə atəş acıb.

S. Məmədovanın ailəli olduğ lakin övladı olmadığı bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın