Menu
Geri İrəli

Gələn il ərzaq, tikinti və mənzillərin bahalaşacağı gözlənilir

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Noyabr 2017 • Baxış sayı: 331 dəfə • Şərh yoxdur
Share Button

erzaqEkspert: “Qiymətlərin necə dəyişməsi birbaşa manatın məzənnəsi və neftin dünya bazarındakı qiymətindən asılı olacaq”

“Növbəti ildə inflyasiyanın 1 rəqəmli olması proqnozlaşdırılıb”. Bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev Milli Məclisdə keçirilən büdcə müzakirələri ilə bağlı iclasdakı çıxışında səsləndirib. O bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə islahatlar bu il davam edib. Ötən dövrdə makroiqtisadi sabitliyin təyin olunması valyuta rejiminin təkmilləşdirilməsi, ixracın stimullaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər görülüb. Bu islahatlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan 69-cu yerdən 35-ə yüksəlib.  Digər hesabatlarda da Azərbaycan irəliləyib.  Sistemli ishlatların davam etidirilməsi, bank sektorunun sağlamlaşdırılması əsas götürülərək növbəti ildə inflyasiyanın 1 rəqəmli olması proqnozlaşdırılıb. 2018-ci ildə ümumi daxili məhsulun 1.5, növbəti illərdə 3.5 faiz artacağı proqnozlaşdırılıb”.

Həqiqətən proqnoz edildiyi kimi, inflyasiya birrəqəmli olacaqsa, deməli, daha az bahalaşma gözlənilir. Lakin istənilən halda, hələ 2018-ci il daxil olmamış, yəni Yeni il öncəsi qiymət artımları qaçılmaz olacaq. Bundan başqa, manatın məzənnəsi ilə bağlı da müxtəlif istiqamətlərdə qiymət artımları ola bilər. Azərbaycan təcrübəsində qiymətlərin ucuzlaşması praktikasına rast gəlmədiyimizdən, ən yaxşı halda növbəti il hazırki qiymətlərin qorunub saxlanılması ola bilər. Lakin bu da ölkə  və dünya iqtisadiyyatında gedən proseslərdən asılı olacaq.

Bəs görəsən, iqtisadçı ekspert necə hesab edir: gələn il hansı sahələrdə bahalaşma ola bilər? Daşınmaz əmlak, avtomobil bazarı, tikinti materialları, texnika, məişət avadanlıqları, tekstil və ərzaq, eləcə də xidmət sektorunda qiymət artımları gözlənilirmi?

Image result for Vüqar Bayramov

“Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki,  2018-ci ildə qiymətlərin necə dəyişməsi birbaşa manatın məzənnəsi, eyni zamanda neftin dünya bazarındakı qiymətindən asılı olacaq: “Çünki manatın məzənnəsi birmənalı şəkildə ölkəyə idxal edilən mal və məhsulların xərci baxımından vacibdir. Manatın məzənnəsinin stabil qalması Mərkəzi Banka  inflyasiyanı tənzimləmək baxımından müəyyən imkanlar verir. Manatın məzənnəsinin dəyişməsi, xüsusən də devalvasiya qiymətlərin tənzimlənməsi baxımından imkanları xeyli daraldır. Təbii ki, Mərkəzi Bank qiymətlərin tənzimlənməsinə məsul olmasa da, inflyasiyanın  proqnozlaşdırılmasına və inflyasiya yaradıcı effektlərin tənzimlənməsinə məsul olan qurumdur. O baxımdan birrəqəmli inflyasiyanın əldə edilib-edilməməsi birbaşa məzənnə siyasətindən asılı olacaq. Bu baxımdan birrəqəmli inflyasiyanın əldə edilməsi üçün 2018-ci il ərzində manatın stabilliyinin qorunub saxlanılması vacibdir”.

İqtisadçı ekspert vurğuladı ki, gələn il daşınmaz əmlak, avtomobil və xüsusən də tikinti materialları bazarında qiymətlərin necə dəyişməsi yenə də manatın məzənnəsindən asılı olacaq: “Çünki daşınmaz əmlak sərmayə baxımından vətəndaşlar üçün vacibdir. Son illərin təcrübəsi göstərir ki, manat devalvasiya edəndə vətəndaşlar daşınmaz əmlakda deyil, xarici valyutada saxlamaqda daha maraqlıdırlar. Azərbaycanda daşınmaz əmlakın qiyməti manatla ifadə olunduğuna görə, bu, valyuta risklərinin sığortalanmasına imkan vermirdi. O baxımdan artıq daşınmaz əmlak bazarındakı qiymətlər birbaşa manatın məzənnəsi ilə bağlı olacaq. Manat stabil qalarsa, 2018-ci ilin ikinci yarısından başlayaraq daşınmaz əmlak bazarında tələbin artması müşahidə oluna bilər. Bu gün xeyli sayda insan var ki, onların əlində kifayət qədər vəsait var. Lakin manatın məzənnəsinin  nə qədər müddətə stabil qalacağı ilə bağlı təsəvvür olmadığı üçün onu daşınmaz əmlaka və ya digər istiqamətlərə sərmayə etməyə ehtiyatlanırlar. Bütövlükdə evlərin qiymətində kəskin artımın olacağı proqnozlaşdırılmır. Bununla belə, 2018-ci ilin birinci yarısında əmlak bazarındakı durğunluğun davam edəcəyi gözlənilir. Nəticədə bazardakı durğunluq yalnız manatın məzənnəsinin stabil qalacağı halda gələn ilin ikinci yarısında aradan qalxa bilər”.

V.Bayramov qiymətlərin Mərkəzi Bankın məzənnə siyasətindən asılı olduğunu dilə gətirdi: “Tikinti materiallarının qiyməti həm Rusiyada rublun məzənnəsindən asılı olacaq, həm də təbii ki, milli valyutanın məzənnəsi birbaşa təsir göstərəcək. Bu materialların əhəmiyyətli bir hissəsi Rusiyadan idxal olunduğuna görə Rusiyada milli valyutanın  məzənnəsi çox vacib faktorlardan biridir. Tikinti materiallarına alıcılıq qabiliyyətinin artacağı proqnozlaşdırılır. Çünki dövlət büdcəsi hesabına da tikinti işlərinin aparılması nəzərdə tutulub. Bu da növbəti ildə tikinti materiallarına olan tələbi artıra bilər. Tələb artarsa, qiymətlərdə də artım olacağı istisna edilmir.

Bütövlükdə fərqli sektorlardakı qiymətlərə diqqət yetirsək, təbii ki, birmənalı şəkildə birrəqəmli inflyasiyanın əldə edilməsi həm daxili, həm xarici faktorlardan asılı olacaq. Xüsusən də məzənnə siyasəti bu kontekstdə çox vacib olacaq”.

Nərgiz LİFTİYEVA

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın