Menu
Geri İrəli

“Gəncə gənclərin gözü ilə” layihəsinin açılışı olub

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Avqust 2015 • Baxış sayı: 316 dəfə • Şərh yoxdur

14381003033828458900_1000x669Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşkilatçılığı ilə “Gəncə gənclərin gözü ilə” layihəsinin açılışı olub.

Fonddan AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar keçirilən tədbirdə layihənin “Gəncə Avropa Gənclər Paytaxtı – 2016” kampaniyası çərçivəsində tədbirlər planına uyğun olaraq yerinə yetiriləcəyi qeyd edilib. Layihəyə qoşulan gənclərin “Gəncə gənclərin gözü ilə” adlı hazırlayacaqları reklam videoçarxları sosial şəbəkələrdə yayımlanacaq. Üç ay davam edəcək layihə çərçivəsində Bakı gənclərinin Gəncəyə ekskursiyasının təşkili də nəzərdə tutulur.

Layihənin əsas məqsədi “Gəncə Avropa Gənclər Paytaxtı – 2016” kampaniyası çərçivəsində bu şəhər haqqında geniş məlumatlandırma işlərinin aparılmasıdır. Buna görə də layihə çərçivəsində Bakıda və Gəncədə “Gəncə gənclərin gözü ilə” mövzusunda maarifləndirmə təlimləri və seminarlar da keçiriləcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın