Menu
Geri İrəli

Gəncədə baş verən atışmanın görüntüləri yayıldı – EKSKLÜZİV VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Oktyabr 2017 • Baxış sayı: 551 dəfə • Şərh yoxdur
Share Button

Srağagün Gəncə şəhərində kriminal aləmin nüfuzlu şəxsləri arasında baş verən atışmanın videogörüntüləri yayılıb. Musavat.com-un əldə etdiyi lentdə hadisənin necə baş verdiyi görünür.

Qeyd edək ki, hadisə Kəpəz rayonunda yerləşən “Miraj” çay evində baş verib.

Belə ki, 27 yaşlı Qurbanov Qurban, 27 yaşlı Əliyev Tural, 30 yaşlı Nəsirov Edqar və 39 yaşlı Kərimov Namiq arasında silahlı insident olub. Hadisədən sonra Q.Qurbanov ölkə ərazisindən qaçmaq istəyərkən “Sınıq Körpü” keçid məntəqəsində saxlanılıb. Edqar Nəsirov yaralı halda xəstəxanaya yerləşdirilib.

Hadisənin digər iştirakçılarının axtarışları davam etdirilir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın