Menu
Geri İrəli

“Gənclər” şəhərciyində baş verən yanğında 18 nəfər tüstüdən zəhərlənib

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Noyabr 2016 • Baxış sayı: 159 dəfə • Şərh yoxdur
yanginAbşeron rayonu, “Gənclər” şəhərciyində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 18 nəfər tüstüdən zəhərlənib.
APA-nın məlumatına görə, həmin şəxslərin hamısına 1 saylı şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsində tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Tüstüdən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilən şəxslər aşağıdakılardır:
Emilya Xəlilova 12 yaş,
Zülfiyyə Xəlilova 31 yaş,
Aytac Ağaladə 23 yaş (hamilə),
Yusifov Anar 34 yaş,
Aytac Ağayeva 12 yaş,
Zülfüqar Nurullayev 30 yaş,
Pərvanə Yusifova 31 yaş,
Aygün Həsənova 31 yaş,
Lalə İmanova 23 yaş,
Sevinc İmanova 24 yaş,
Şəhram İmanov 19 yaş,
Ayşən Məmmədova 16 yaş,
Canpolad Məmmədli 14 yaş,
Zəhra Rəhimova 8 yaş,
Sevda Rəhimova 9 yaş,
Ülkər Qəhrəmanova 48 yaş,
Elxan Qəhrəmanov 53 yaş,
İbrahim Məmmədov 57 yaş.
Fövqəladə Hallar Nazirliyi də yanğınla bağlı məlumat yayıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində onbirmərtəbəli yaşayış binasının zirzəmisindən 1-ci mərtəbəsinə kimi elektrik kabelləri 3 pm yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdəki mənzillərdən 22 nəfər sakin (onlardan 7 nəfəri azyaşlı uşaq olmaqla ) yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Binanın elektrik xətlərinin qalan hissəsi və digər kommunikasiya xətləri yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın