Menu
Geri İrəli

General Akif Çovdarov qandallandı

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Noyabr 2015 • Baxış sayı: 686 dəfə • Şərh yoxdur

img1939591

Səbayel Rayon Məhkəməsi general Akif Çovdarovun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.
 
MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov çoxsaylı polis maşınlardan ibarət konvoyun müşayiəti ilə Səbayel Rayon Məhkəməsinin binasına gətirilib.
Virtualaz.org saytının hazırda məhkəmə binasının önündə olan müxbirinin verdiyi xəbərə görə, məhkəmə generalın həbsinə dair təqdimatı nəzərdən keçirib.
General Çovdarov həddən artıq əzgin və dilxor görünüb, ümidini itirmiş adam təsiri bağışlayıb.
Məhkəmə prosesi qapalı şəkildə keçirilib.
Virtualaz.org saytı xəbər verir ki, məhkəmənin qərarına görə, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov barədə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
A.Çovdarov Cinayət Məcəlləsinin 308.2, 309.1, 302.2-ci və 311-ci maddələri ilə təqsirləndirilib.
MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilmiş sabiq əməkdaşları da A.Çovdarovun əleyhinə ifadə veriblər. Bundan əvvəl MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin idarə rəisi Akif Əliyev, şöbə rəisi Orxan Osmanov, həmçinin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Natiq Alıyev və Zaur Məmmədov barəsində də həbs-qətimkan tədbiri seçilib.
A.Çovdarov məhkəmədən Bakı İstintaq Təcridxanasına aparılıb.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın