Menu
Geri İrəli

Generalın oğluna yeni vəzifə verildi

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Oktyabr 2016 • Baxış sayı: 944 dəfə • Şərh yoxdur

ramilDaxili işlər orqanlarında yeni təyinat olub.

sumqayitxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin rəisi Urxan Şirinov tutduğu vəzifədən azad edilərək 41-ci Polis Bölməsinin rəisi təyin olunub. U. Şirinovun yerinə isə hələlik təyinat yoxdur.

Bir müddət əvvəl 41-ci Polis Bölməsinin rəisi olmuş Zaur Bədəlov Qusar rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, yeni vəzifəyə təyin olunan U. Şirinov Daxili İşlər Nazirliyi Katibliyinin rəisi, polis general-mayoru Nüsrət Şirinovun oğludur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın