Menu
Geri İrəli

Giləzidəki silah anbarındakı güclü partlayışda ermənilərin əli var? (RƏSMİ CAVAB)

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Sentyabr 2017 • Baxış sayı: 722 dəfə • Şərh yoxdur

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, son günlər erməni xüsusi xidmət orqanlarının dezinformatorları Azərbaycan Ordusu barədə bir-birinin ardınca müxtəlif məzmunlu uydurma “əhvalatlar”, yaxud “sənədlər” hazırlayıb kütləvi informasiya vasitələrinə ötürürlər:

“Ermənistan KİV-lərində yayılmış növbəti uydurmadan da xəbərdarıq. Bu cür primitiv saxtakarlığı, həqiqətlə hər hansı bağlılığı olmayan iyrənc yalanı şərh etmək istəmirik. Ermənistan xüsusi xidmət orqanlarının dezinformatorları bu cür uydurmaları yaymaqla ancaq erməni cəmiyyətini aldada bilər”.

Qeyd edək ki, son günlər erməni xüsusi xidmət orqanlarının dezinformatorları Azərbaycan Ordusu barədə bir birinin ardınca müxtəlif məzmunlu uydurma “əhvalatlar”, yaxud “sənədlər” hazırlayıb KİV-lərə ötürürlər. Onlardan biri bundan ibarətdir ki, guya Giləzidə sursat anbarında baş vermiş partlayışda ermənilərin rolu var.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın