Menu
Geri İrəli

“Günəşli”dən SON XƏBƏR: itkinlərin axtarışı gecə boyu davam edib, yanğını söndürmək olmur

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Dekabr 2015 • Baxış sayı: 359 dəfə • Şərh yoxdur

9cb324ce05b2cafd58e86d53377c7d4fGəmilərlə aparılan axtarış hələlik nəticə verməyib

“Günəşli” neft yatağında baş vermiş faciədə itkin düşmüş şəxslərin axtarışı bütün gecə boyu davam etdirilib.

APA-nın məlumatına görə, gəmilərlə aparılan axtarış hələlik nəticə verməyib.

Səhər tezdən isə axtarışlara helikopterlər də qoşulub.

Bütün gecə boyu yataqda yanğının söndürülməsi işləri də davam etdirilib. Lakin yanğının qarşısını almaq da hələlik mümkün olmayıb.

Qeyd edık ki, dekabrın 4-də saat 17.40 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib.

Hadisə baş verən zaman özüldə 63 nəfər xidmətdə olub.

Yanğın nəticəsində 2 nəfər həlak olub, 29 nəfər itkin düşüb. İtkin düşənlərdən 6-nın meyiti dünən tapılaraq sudan çıxarılıb. Onlar bu gün dəfn olunacaqlar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın