Menu
Geri İrəli

Güzəştli mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

Müəllif: sumqayitxeber.com • Tarix: 10 May 2017 • Baxış sayı: 390 dəfə • Şərh yoxdur
Share Button
menzilAzərbaycan Respublikasının prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yaxın günlərdə güzəştli mənzil almaq istəyən şəxslərin qeydiyyata alınmasına başlayacaq. “APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Respublikasının prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) direktoru Samir Nuriyev bildirib.
“Ölkə başçısının imzaladığı fərmana uyğun olaraq Azərbaycanda güzəştli şərtlərlə mənzil əldə etmək hüququna malik olan şəxslərin qeydiyyatı və həmin mənzillərin güzəştli şərtlərlə satılması prosesi elektron qaydada həyata keçiriləcək. Artıq elektron sistemin hazırlanması prosesi tam başa çatıb və istifadəyə hazırdır. Sistem “e-gov.az” “elektron  hökumət” portalında yerləşdiriləcək. Bununla yanaşı, “ASAN xidmət”in Bakıda yerləşən 1, 2, 3 saylı və “Sumqayıt” mərkəzləri prosesə qoşulacaq. Yaxın bir neçə gündə elektron sistemin əsasnaməsinin təsdiq olunması gözlənilir. Həmin əsasnamə sistemin iş prinsiplərini özündə ehtiva edəcək. Əsasnamə təsdiq olunduqdan bir neçə gün sonra sənədlərin qəbuluna və “elektron kabinet”lərin yaradılmasına başlanılacaq”, – deyə S.Nuriyev bildirib.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın