Menu
Geri İrəli

Hakerlər minlərlə “Facebook” istifadəçisinin akkauntuna çıxış əldə ediblər

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Avqust 2016 • Baxış sayı: 316 dəfə • Şərh yoxdur

kibercinayetkarliqKibercinayətkarlar “Facebook” sosial şəbəkəsinin Çexiya və Slovakiyadan olan minlərlə istifadəçinin akkauntuna çıxış əldə ediblər.

İKT.lent.az-ın “runews24.ru” saytına istinadən məlumatına görə, antivirus proqramlarının istehsalı ilə məşğul olan “Eset” şirkəti bildirib ki, bu, saxta saytlara keçid olması səbəbindən baş verib.

Şirkət rəsmisi qeyd edib ki, əgər hər hansı istifadəçi keçid linkini sıxırsa, xəbər mətninin özü deyil, əvəzində avtorizasiya olunmuş saxta sayt açılır. Əgər istifadəçi bu zaman şifrə və loqinini yazırsa, o özündən asılı olmayaraq akkaunt üzərində olan nəzarəti hakerlərə vermiş olur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın