Menu
Geri İrəli

Hava kəskin pisləşir – Yağış, qar, dolu…

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Sentyabr 2016 • Baxış sayı: 367 dəfə • Şərh yoxdur

havahavaEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi barədə əhaliyə xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumatda bildirilir ki, sentyabrın 6-da və 7-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı olunur.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın