Menu
Geri İrəli

Hava kəskin soyuyacaq – Nazirlikdən xəbərdarlıq

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Aprel 2016 • Baxış sayı: 319 dəfə • Şərh yoxdur

yaqisHavanın temperaturu ötən günlərlə müqayisədə 7-12 dərəcə aşağı enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə Bakıda və Abşeron yarımadasında aprelin 22-də hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 22-də hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-12 dərəcə aşağı enəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın