Menu
Geri İrəli

Havalar kəskin soyuyur: Leysan, dolu, qar… – Xəbərdarlıq

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Oktyabr 2017 • Baxış sayı: 1,722 dəfə • Şərh yoxdur
Share Button

yaqisOktyabrın 10-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman. Şimal-qərb küləyi əsəcək.

ETSN-dən Teleqraf.com-a verilən məlumata görə, havanın temperaturunun gecə 14-17° isti, gündüz 20-25° isti, Bakıda gecə 15-17°, gündüz 23-25° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 10-da Abşeron yarımadasında sabit hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 22-27° isti, dağlarda gecə 3-8°, gündüz 13-18° isti olacağı gözlənilir.

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra oktyabrın 10-u axşamdan 14-dək Azərbaycanın rayonlarında havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın