Menu
Geri İrəli

Həcc ziyarətinə sənəd qəbulu avqustun 20-də başa çatır

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Avqust 2015 • Baxış sayı: 312 dəfə • Şərh yoxdur

heccQafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən zəvvarlara müraciət edib.

QMİ-dən APA-ya verilən məlumata görə, müraciət ziyarət üçün sənəd qəbulunun vaxtı ilə bağlıdır.

İdarədən bildiriblər ki, sənəd qəbulu avqustun 20-də yekunlaşacaq.

QMİ-dən onu da əlavə ediblər ki, hələlik Həcc ziyarəti üçün ayrılmış 2400 yerlik kvota tam dolmayıb.

Qeyd edək ki, sənəd qəbuluna fevralın 20-dən başlanılıb. Bu il Azərbaycandan Həcc ziyarətinə səfər sentyabrın 11-də başlayacaq. Hər il olduğu kimi, bu il də zəvvarlara ziyarət iki formada təklif olunur. Daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşdirmə şərti təklif olunan variantın xərci 5750 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlı hotellərdə qalmaq üçün təklif olunan variant isə 4700 dollardır. Zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3×4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır.

Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar ziyarət yalnız təyyarə ilə baş tutacaq. Uçuşları AZAL həyata keçirəcək. Bu il ilk dəfə olaraq ziyarət xərcləri ABŞ dolları ilə aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın