Menu
Geri İrəli

Həccə gedəcək zəvvarlar ziyarət xərcini necə ödəyəcəklər?

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Fevral 2017 • Baxış sayı: 192 dəfə • Şərh yoxdur

Bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlara ziyarət xərcələrinin ödənişi ilə bağlı yeniliklər tətbiq olunur.

APA-nın məlumatına görə, bu il zəvvarlar əvvəlki illərdən fərqli olaraq, ödənişi bank vasitəsi ilə deyil, nağd formada Qafqaz MÜsəlmanları İdarəsinə (QMİ) edəcəklər. Bundan başqa, zəvvarlara ödənişləri 1 may 2017-ci ilə qədər mərhələli formada ödəmək imkanı da yaradılır.

Qeyd edək ki, builki Həcc ziyarətinə sənəd qəbulu yanvarın 26-dan başlayıb. Sənədlər QMİ-nin Həcc şöbəsində qəbul olunur. Zəvvarlardan sənəd qəbulu üçün xarici pasport, şəxsiyyət vəsiqəsinin surəti, 4×6 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Əvvəlki illərdən fərqli olaraq, bu il ziyarət iki formada (VİP və nisbətən ucuz) yox, bir formada olacaq. Bir nəfərlik ziyarət paketinin qiyməti isə 3850 ABŞ dolları təşkil edir.

Builki Həcc mövsümündə azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur. Ötənilki kvota isə 1040 nəfər olub, VİP ziyarət növünün xərci 4500 dollar, nisbətən ucuz ziyarətin xərci isə 3500 dollar olub.

Azərbaycanda Həcc-ə sənəd qəbulunu yalnız QMİ aparır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın