Menu
Geri İrəli

Hər 4 ailədən biri dağılır – Azərbaycanda boşanmaya səbəb nədir?

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Oktyabr 2017 • Baxış sayı: 370 dəfə • Şərh yoxdur
Share Button

bosanmaAzərbaycanda evlənən hər 4 cütlükdən 1-i boşanır.

Dövlət Statistika Komitəsinin verdiyi məlumatda bldirilir ki, 2017-ci ilin 8 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 40256 nikah və 9787 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub.
Hüquqşunas Xəyal Bəşirov Metbuat.az-a açıqlamasında bildirir ki, bu boşanmaların əkəriyyətinin əsaslı səbəbi yoxdur:

“Əksər cütlük xasiyyətlərinin tutmaması, dünya görüşlərinin fərqli olması ilə bağlı müraciət edir. Boşananlar arasında maddiyatı səbəb kimi göstərənlər də var. Lakin onların sayı çox azdır. Bəziləri məcbur ərə getdiyi üçün sonradan boşanmaq istəyir, bəziləri aralarında olan yaş fərqini səbəb kimi göstərir. Onlar bir-birlərini başa düşmədiklərini bildirirlər. Müraciət edənlərin arasında gizli “Facebook” səhifəsi açdığı üçün həyat yoldaşını boşayan kişilər də var. Biz, onların ərizələrinə əsaslı səbəb yaza bilmirik. Əksər cütlüklərin uşaqları da olur. Buna baxmayaraq, yenə də boşanmaq istəyirlər”.

Hər 4 ailədən biri dağılır - Azərbaycanda boşanmaya səbəb nədir?

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın