Menu
Geri İrəli

Heydər Əliyev bir zənglə təyyarənin marşrutunu dəyişdirdi: Nadir kadrlar – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Oktyabr 2017 • Baxış sayı: 344 dəfə • Şərh yoxdur
Share Button

Bu gün azərbaycanlı şair, yazıçı və dramaturq Hüseyn Cavidin doğum günüdür.

Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavid 1882-ci ilin bu günündə Naxçıvanda anadan olub. Milli romantik şeirin və mənzum faciənin banisi olmuş Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardan olub.

Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin “nailiyyətlər”indən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırıb. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına, Maqadana sürgün edilmiş və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində həlak olub.


1982-ci il oktyabrın 12-də Naxçıvan Vilayət Partiya Komitəsi Hüseyn Cavidin məzarının tapılması, cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsi ilə bağlı qərar qəbul edir. Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunan qərar 14 gündən sonra, oktyabrın 26-da Azərbaycanın ictimai-siyasi həyatına, ədəbi mühitində əlamətdar bir tarix kimi yazılır.

Hüseyn Cavidlə bağlı tarixi qərarın icrası Naxçıvan Vilayət Partiya Komitəsinin katibi Həmid Cəfərova həvalə olunur. O, muxtar respublikanın daxili işlər nazirinin sabiq müavini, polkovnik Telman Əliyev və SSRİ-nin ən cavan deputatı olan Zakir Nəsirovla birgə H.Cavidin cənazəsinin gətirilməsi prosesini təşkil edib.


Həmid Cəfərova həmin tarixi hadisəni belə xatırlayır: “Əvvəlcədən planlaşdırdığı kimi Hüseyn Cavid Şevçenko-Tayşet- İrkutsk- Moskva-Yerevan-Naxçıvan marşrutu ilə doğma yurduna “qayıtmalı” idi. İrkutskdan Moskvaya uçarkən stüardessa Bakıdan gələn tapşırığı çatdırdı: “Heydər Əliyevin göstərişi ilə siz oktyabrın 26-da 861-ci reyslə Moskvadan birbaşa Bakıya uçmalısınız”.

Azərbaycan rəhbərinin – Heydər Əliyevin bu tapşırığı ilə marşrut dəyişildi. Bu, adi bir tapşırıq deyildi və bir tale yazısı idi. Cavidin “ayağı” İrəvana dəyməməliydi, Cavid Bakıdan getmişdi, Bakıya da qayıtmalıydı…”


1982-ci il oktyabrın 26-da Hüseyn Cavid Moskvadan Bakıya, sonra isə Naxçıvana “uçur”. Naxçıvanda – evinin qarşısında torpağa tapşırılır.

BAKU.WS-ə Hüseyn Cavidlə bağlı tarixi qərarın icrasını əks etdirən nadir fotoları təqdim edir.

BAKU.WS









Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın